Özəlləşdirmə hərraclarında 700-dən çox obyekt satışa çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 28 yanvar 2017-ci il tarixində Goranboy rayonunda regional vətəndaş qəbulu keçirilib.

Komitə sədri qəbulda diqqətə çatdırıb ki, indiyədək keçirilən 15-dək özəlləşdimə hərraclarında 700-dən çox dövlət müəssisə və obyekti satışa çıxarılıb. Qeyd olunub ki, hərraclara olan maraq isə öz növbəsində hərracların rəqabətli keçməsini təmin edir. Özəlləşdirmə portalına indiyədək daxil olan istifadəçilərin sayının 400 mini ötməsi də hərraclara olan marağın əyanı göstəricisidir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır