Özəlləşdirmə portalına 1 milyondan artıq baxış olub

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ötən ilin avqust ayında istifadəyə verilən Özəlləşdirmə portalının fəaliyyəti öz müsbət nəticəsini verir. Belə ki, yarandığı vaxtdan portala 1 milyondan artıq baxış olub.

Təkcə bu il ərzində isə portala 665 minə yaxın ziyarətçi daxil olub. Statistik göstəricilərə əsasən portala bir ayda 86 minə yaxın, gün ərzində isə 3 mindən çox investor və vətəndaş baxışı olub.

Qeyd edək ki, portala daxil olanların 67.8%-i mobil telefonla, 32.2%- i isə kompüter vasitəsilə ziyarət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır