Öz qələmindən Elon Musk

Elon Muskun diqqətçəkən bəzi fikirlərini “Gələcəyi inşa edən adam: Elon Musk” adlı kitabdan toplayıb təqdim edirik.

Elon Musk hansı kitabı məsləhət bilir?

Ekzistensial bir depressiya keçirirdim və həyatın mənasını tapmaq üçün müxtəlif kitablar oxuyurdum. Çünki həyat olduqca mənasız gəlirdi. F. Nietzsche və A. Schopenhauerin 14 yaşında oxumamalı olduğunuz kitabları var. Daha sonra mən çox faydası olan “Avtostop səyahətçisinin qalaktika rəhbəri”ni oxudum. Bu mənə əsl çətinliyin soruşulması lazım olan sualları tapmaq olduğunu, amma bir dəfə bunu bacaranda, gerisinin asan olduğunu öyrətdi.

Ən yaxşı müəllimi kim idi?

Ən yaxşı müəllimim ibtidai məktəb müdirim idi. Riyaziyyat müəllimimiz işdən çıxmışdı və müdirimiz onun yerinə işə girməyə başlayıb illik dərs proqramını sürətləndirmişdi. Dərsin ilk yarısında sürətlə çalışmalı və normadan çox ev tapşırığı eləməli idik. Sonra da onun II Dünya Müharibəsindəki əsgərlik xatirələrini dinləyirdik. Tapşırıq eləməsək, bu xatirələri danışmırdı.

“Niyə?”ni açıqlamaq

Məktəbdəki çox uşağın niyə orda olduqlarına dair heç bir fikirləri yoxdur. Əgər bir şeyin “niyə?”sini açıqlaya bilirsinizsə, bu insanların motivasiyasında böyük fərq yaradacaq, məncə. Beləliklə də məqsədini qavrayacaq.

Elon Muskun universitet diplomu alma səbəbi

Əgər bir nəfərin məqsədi şirkət qurmaqdırsa, bunun üçün universitet bitirmək lazım deyil. Öz vəziyyətimə gəlsək, mən universiteti bitirməli idim, əks təqdirdə ölkədən çıxarıla bilərdim.

Elon Muskun ən böyük səhvi nədir?

Çox vaxt elədiyim və düzəltməyə çalışdığım ən böyük səhvim birinin bacarığına onun şəxsiyyətindən daha çox önəm verməyimdir. Bir insanın yaxşı ürəkli olub-olmaması mütləq önəmlidir.

 

Mənbə: Habertürk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır