Pərakəndə ticarət dövriyyəsi 2%-dək artıb

2017-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,9 faiz üstələyərək 12,9 milyard manata bərabər olub.

Ticarət dövriyyəsinin 6,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib.

Satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-may aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,8 faiz və 2,9 faiz üstələyib.

 

Qeyd edək ki, hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  266,2 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 37,2 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 134,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 131,7 manatlıq qeyri-ərzaq məhsulları  alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır