Yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsi 2,5% artıb

2018-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 % artaraq 5,3 milyard manata bərabər olub.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 2,7 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,6 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 1,8 faiz artıb. Real ifadədə isə qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyər 3,2 faiz üstələyib.

Qeyd edək ki, keçidə daxil olmaqla daha ətraflı məlumat ala bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır