2017-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,6 faiz üstələyərək 7,9 milyard manata bərabər olub. Ticarət dövriyyəsinin 4,0 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,9 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-mart aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,7 faiz və 2,6 faiz üstələyib.