2017-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri 30.9 milyard manata bərabər olub. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2.3% çoxdur.
Ticarət dövriyyəsinin 15623.8 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15239.0 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib. Satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-noyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1.9% və 2.7% üstələyib.
Qeyd edək ki, hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 288.3 manat olub. Bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39.8 manat çoxdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 145.9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142.4 manatlıq qeyri-ərzaq məhsulları alıb.