Pərakəndə ticarət dövriyyəsi artıb

2018-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,4 % üstələyərək 2794,6 milyon manata bərabər olub.

Ticarət dövriyyəsinin 1411,4 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1383,2 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri 2017-ci ilin yanvar ayının göstəricilərini real ifadədə müvafiq olaraq 1,7 % və 3 % üstələyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır