Pərakəndə ticarət dövriyyəsi artıb

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2018-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 20,1 milyard manata bərabər olub. Ticarət dövriyyəsinin 10,0 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,1 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-iyul aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 3,2 faiz üstələyib.

2018-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının 16,3 faizi ticarət müəssisələri, 50,6 faizi fərdi sahibkarlar tərəfindən, 33,1 faizi isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə  müəssisələr üzrə 34,4 faiz artıb, fərdi sahibkarlar üzrə 1,5 faiz, bazar və yarmarkalarda 2,6 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır