05 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xanı ilə görüşüb.
Görüşdə Pakistan İslam Respublikası ilə Azərbaycan Respublikası arasında siyasi əlaqələrin yüksək səviyyəsinin öz növbəsində iqtisadi müstəvidə də münasibətlərin inkişafına geniş imkanlar açdığı vurğulanıb, qarşılıqlı ticarətin səviyyəsinin artırılması, sərmayə qoyuluşu və biznes imkanlarının müəyyənləşdirilməsi, xüsusiylə enerji, kənd təsərrüfatı, ticarət, tranzit, eləcə də sənayenin müxtəlif sahələrində əməkdaşlığın önəmi qeyd olunub.