Palata tender elan edib

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası öz əməkdaşlarının tibbi sığortalanması üzrə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında satınalmaların təşkili Qaydaları və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender keçirir.

Tender proseduru 2017-cı il 16 yanvar tarixində saat 11:00-da Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasında (Bakı şəhəri, Bülbül prospekti, 27) keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır