“Palmali” “Lukoil”ın törəmə şirkətinə 2 mlrd. dollarlıq iddia qaldırıb

Xəzər dənizindəki ən böyük yük daşıyıcılardan biri olan “Palmali” şirkəti Rusiyanın neft istehsalçısı “Lukoil”in törəmə şirkəti olan”Litasco”ya qarşı təxminən 2 milyard dollarlıq iddia qaldırıb.

Bildirilib ki, sözügedən iddia  şirkətlər arasında bağlanan müqaviləyə əsaslanan şərtlərin təmin edilməsində yaranan uğursuzluqla bağlıdır.

Azərbaycanlı iş adamı Mübariz Mənsimov iddianın təqribən 2 milyard dollarlıq müqavilə şərtlərinin pozulmasından qaynaqlanan faiz və xərclərlə əlaqədar olduğunu deyib. O, müqavilənin şərtləri barədə ətraflı məlumat verməyib.

“Lukoil” şirkəti bu barədə şərh verməkdən imtina edib.

Qeyd edək ki, “Lukoil”  “Litasco” törəmə şirkətini satmağı düşünür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır