“Para” ASC bank olmayan kredit təşkilatının (BOKT) istiqraz emissiyaları Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dövlət qeydiyyatına alıb.
Bu barədə BOKT-un İdarə Heyətinin sədr müavini Rəcəb Hüseynov məlumat verib.
Belə ki, emissiyalar hər birinin nominal dəyəri 1 000 manat olan 545 ədəd istiqrazın (545 min manatlıq) və hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 150 ədəd istiqrazın (150 min manatlıq və yaxud təxminən 255 min manat) dövriyyəyə buraxılmasını nəzərdə tutur.
Qeyd edək ki, qiymətli kağızlar qapalı üsulla Bakı Fond Birjasında yerləşdiriləcək və onları fiziki şəxslər alacaq.
Mənbə: Report