Gələn ilin əvvəlindən etibarən “Parabank” BOKT kimi fəaliyyətə başlayacaq.
Bu haqda BBN.az-a ləğvetmə prosesində olan Bankın İdarə Heyətinin sədr müavini Rəcəb Hüseynov bildirib.
Onun sözlərinə görə, BOKT əvvəlki filial şəbəkəsi və işçi heyəti ilə fəaliyyətinə davam edəcək.
“Bankın BOKT-yə çevrilməsindəki ilk mərhələ Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) icazə verməsi ilə geridə qalıb. Növbəti addımlar isə qısa müddətdə yekunlaşacaq” – deyə R. Hüseynov vurğulayıb.
Xatırladaq ki, “Parabank” lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən ləğv olunmuşdu.