“Parabank” “Para BOKT”yə çevrilib

“Parabank” artıq “Para BOKT”yə çevrilib.

BBN.az xəbər verir ki, bu haqda Bank Olmayan Kredit Təşkilatından məlumat verilib.

Məlumata əsasən, 29 noyabr 2016-cı il tarixində yeni yaradılmış “Para BOKT”-nin səhmdarlarının iclası keçirilib.

BOKT-dən verilən məlumata görə, Kredit təşkilatının nizamnamə kapitalı sələfi olan “Parabank”ın nizamnamə kapitalı həcmində olacaq.

Maliyyə-bank sektoru ilə əlaqədar yeniliklərlə tanış olmaq üçün FACEBOOK səhifəmizi bəyənin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır