“Parabank”ın ləğv prosesinin dayandırılmasının səbəbi

Əmanətlərin Sığortalanması Fondunun açıqlamasına əsasən, “Parabank” ASC-nin ləğv prosesi dayandırılıb.

Qurumun açıqlamasına əsasən, ləğv prosesində olan “Parabank” ASC bank olmayan kredit təşkilatına çevrildiyi üçün məcburi ləğv prosesinin dayandırılması və ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinə xitam verilməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunmuş və Məhkəmə tərəfindən 10 fevral 2017-ci il tarixdə qərar qəbul edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır