Ölkənin aparıcı korporativ bankı PAŞA Bank «Azərbaycanda Visa plastik kartları ilə nağdsız əməliyyat sayı üzrə ən sürətli artım tempinə nail olduğuna görə» «Visa International» beynəlxalq ödəniş sistemi tərəfindən sertifikatla təltif edilib.
Sertifikat «Visa International»-ın Azərbaycan, Belarus və Moldova ölkələri üzrə rəhbəri İqor Kovalev tərəfindən təqdim edilmişdir. 2012-ci ildən etibarən Bank bu beynəlxalq ödəniş sisteminin Prinsipial Üzvüdür.
Xatırladaq ki, PAŞA Bank həmçinin 2017-ci ilin yekunlarına görə yerli bazarda «Nağdsız ödənişlər üzrə Lider Bank» adına da layiq görülwb. Bu mükafat illik əsasda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Banklar Assosiasiyası ilə tərəfdaşlıqda bank seqmentinin bütün iştirakçıları arasında keçirilən müsabiqə çərçivəsində verilib.