PAŞA Bank “Azərbaycanın ən yaxşı bankı 2016” mükafatı ilə təltif olunub

Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının İdarəedicilər Şurasının Vaşinqtonda illik iclası zamanı GlobalFinance işgüzar nəşrinin təsis etdiyi beynəlxalq “World’sBest Banks” mükafatı laureatlarının təntənəli mükafatlandırma mərasimi keçirilib. WellsFargo, Akbank, Raiffeisen Bank və s. bu kimi beynəlxalq maliyyə institutları ilə yanaşı, əsas əməliyyat ölkəsində ən yaxşı bank adına Azərbaycanın ən iri banklarında biri –  PAŞA Bank layiq görülüb.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, bu nüfuzlu mükafata layiq görülmək beynəlxalq ekspertlər tərəfindən Bankın nailiyyətlərinin növbəti təsdiqidir.

Qeyd edək ki, GlobalFinance jurnalı 1987-ci ildən dərc olunur və 180 ölkədə yayılır. Jurnalın redaksiyası dünyada baş verən ən mühüm maliyyə hadisələrini təhlil edir, habelə Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionu, Yaxın Şərq və Afrika və s. bu kimi regionlarda bank tədqiqatları aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır