2020-ci ilədək “PAŞA Bank Azərbaycan” aktivləri 5,2 milyard manata çatdırmağı planlaşdırır.
Bunu mətbuat konfransında bankın İdarə heyətinin sədri Taleh Kazımov deyib. Gələcək strateji inkişaf planlarından danışan sədr 2020-ci ilədək bankın ümumi portfelinin 1 milyard manatdan 2 milyarda yüksəltmək niyyətində olduğunu, bundan əlavə, kiçik və orta sahibkarlıqla bağlı portfeli 7 dəfə artıraraq 25 milyon manatdan 170 milyon manata çatdırmağı planlaşdırılır.
BBN.az xəbər verir ki, bu sözləri “Paşa Bank” ASC-nin İdarə heyətinin sədri, Baş icraçı direktor Taleh Kazımov 2017-ci ilin sonuna aid maliyyə göstəricilərinin açıqlanması ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O, həmçinin qeyd edib ki, bu il üçün bir filial hazırdır, lisenziya verilməsini gözləyirik. Filialın birini regionda, birini isə Bakıda açmaq niyyətindəyik.