“Paşa Bank” problemli kreditlərin həcmini azaldacaq

Ötən il problemli kreditlər 12% olub. Yarımillik  hesabatda isə problemli kreditlərin həcmi 13.1%-ə çatıb. Bunun artmasının səbəbi tikinti sahiblərinə verdityimiz kreditlərlə əlaqədardır. Lakin “Paşa Bank”ın korporativ bərpa funksiyası var ki, biz bu funksiya ilə sahibkarlara  dəstək göstərərək fəaliyyətlərini davam etdirməsinə çalışırıq”.

Bu sözləri “Paşa Bank”ın Baş Maliyyə İnzibatçısı Xəyalə Nağıyeva “Bankın Yarım İllik Fəaliyyət Nəticələri” mövzusuna həsr olunmuş mətbuat konfransında qeyd edib.

Həmçinin “Xarici investisiya cəlb etməklə bu problemi ilin sonuna qədər həll edəcəyik. Ən pis halda gələn ilə qədər problemli kreditlərin həcmini azaldacağıq” deyə bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır