“Bu il səhmdarlara 58 milyon 636 min manat divident ödəmişik. “Paşa Bank”ın faiz gəlirləri isə ötən ilə nisbətən 2 dəfə artıb”.
Bu sözləri “Paşa Bank”ın Baş Maliyyə İnzibatçısı Xəyalə Nağıyeva “Bankın Yarım İllik Fəaliyyət Nəticələri” mövzusuna həsr olunmuş mətbuat konfransında qeyd edib.
Həmçinin Xəyalə Nağıyeva qeyd edib ki, bankın xalis mənfəəti 50 milyon manatdır və bu məbləğin 44 milyon manatı Azərbaycanın payına düşür.