PAŞA Bank tərəfindən “Asan İmza” mobil elektron imza məhsulu təqdim edilir

“Asan İmza” elektron məhsulu ölkənin ən innovativ banklarından biri olan PAŞA Bankda əldə edilə bilər.

Mobil elektron imza texnologiyası – “Asan İmza” müştərilərə çeşidli bank xidmət və məhsullarından kompüter və ya mobil telefon vasitəsilə bəhrələnmək imkanı verən elektron şəxsiyyəti təsdiq edən vasitədir. Bank filialına gəlmək üçün sərf edilən vaxta qənaət etməklə yanaşı, bu texnologiya müştərilərin avtorizasiyasının, daha sonra isə bank əməliyyatlarının həyata keçirilməsinin etibarlılığını və təhlükəsizliyini təmin edir. “Asan İmza” xidməti PAŞA Bank müştərilərinə elektron bank xidmətlərindən dünyanın istənilən yerində 24/7 rejimində istifadə imkanı verir.

“Asan İmza” sim-kartını PAŞA Bankın Fərdi bankçılıq filialında, ASAN Xidmət mərkəzlərində, eləcə də istənilən mobil operatorun müştəri xidmətləri mərkəzlərində şəxsiyyət vəsiqəsini təqdim etməklə əldə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır