2017-ci ilin yarımillik hesabatına əsasən “Paşa Bank”ın ümumi və inzibati xərcləri 38.959 milyon manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.064 milyon və ya 8.5% çoxdur.
Ümumi və inzibati xərclər içərisində kadrlar üçün çəkilən xərclər 7.846 milyon və ya 45.4% artaraq 25.121 milyon manata çatıb.
Reklam və sponsorluq xərcləri isə kəskin şəkildə azalıb. Belə ki, ötən illə müqayisədə bu göstərici 6.644 milyon və ya 71.8% azalaraq 2.604 milyon manat olub.