“Paşa bank”ın müştəriləri əmanətlərini daha çox USD valyutasında saxlayır

2017-ci ilin I yarım ili üzrə “Paşa bank”ın kredit portfelində ən çox yeri AZN valyutası tutur. Belə ki, AZN valyutası ilə götürülən kreditlərin həcmi 464.207 milyon manat təşkil edib.

Həmçinin, kredit portfelində USD valyutasının həcmi 287.782 milyon manat, EUR valyutasının həcmi 169.092 milyon manat, digər valyutaların həcmi isə 1000 manat ekvivalentində olub.

2017-ci ilin I yarım ili üzrə “Paşa Bank”ın müştəri hesablarında vəsaitlər daha çox USD valyutasında saxlanılıb. Belə ki, Müştəri hesablarında saxlanılan USD valyutasının məbləği 1 205.292 milyon manat ekvivalentində təşkil edib.

Eləcə də, müştəri hesablarında saxlanılan AZN valyutasının məbləği 912.950 milyon manat, EUR valyutasının məbləği 495.888 manat, digər valyutaların məbləği isə 27.640 milyon manat ekvivalentində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır