“Paşa Bank”ın müştəri sektoruna görə kredit portfelində daha çox yeri ticarət və xidmət sektoru tutur

2017-ci ilin yarımillik hesabatına əsasən, “Paşa Bank”ın müştəri sektoruna görə kredit portfelində daha çox yeri ticarət və xidmət sektoru tutur. Bu sektorun kredit portfelində payı 37%-dir. Ticarət və xidmət sektoru ötən illə müqayisədə 0.18% azalıb.

Həmçinin, fiziki şəxslərin kredit portfelində payı 2017-ci ilin I yarım ilində 34.2% artaraq 165.794 milyon manat təşkil edib.

Qeyd edək ki, digər müştəri sektorlarının kredit portfelindəki payı ilə cədvəldən tanış ola bilərsiz.

Müştəri sektorları

Kredit portfeli (%)
Ticarət və xidmətlər

37

Fiziki şəxslər

13
İstehsal

10

Tikinti

9
Bank olmayan kredit təşkilatları

9

Mədən işləri

6
Kənd təsərrüfatı və qida emalı

5

Nəqliyyat və telekommunikasiya

3
Enerji

3

Digər

3
İcarə

0.5

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır