6 aprel 2017 ci il tarixində “Fitch” Reytinq Agentliyi “Paşa Bank”ın Türkiyə törəməsi olan “Paşa Yatırım Bankası”nın uzunmüddətli reytinqini təsdiq edib. Bankın uzunmüddətli reytinqi “A” səviyyəsində müəyyənləşib. Proqnoz isə “mənfi “ olaraq qiymətləndirilib.
“Fitch” Reytinq Agentliyi törəmə bankın reytinqinə təsir edən əsas amil kimi səhmlərinin 99.9%-ə sahib olan əsas səhmdarı “Paşa Bank”ın hazırkı vəziyyətini görür. Belə ki, “Paşa Bank”-ın milli reytinq üzrə proqnozu da “mənfi” saxlanılıb.