“PAŞA Bank”ın törəmə şirkətinin reytinqi yüksəlib

30 iyun 2017-ci il tarixində “SAHA” Korporativ İdarəetmə  ve  Kredit Təsnifatı xidmətləri “Paşa Bank”ın Türkiyə törəməsi  olan “Paşa Yatırım Bankası”nın reytinqini 92,85-ə (10 ballıq şkalada 9, 28-ə) yüksəldib.  Belə ki, şirkətin əvvəlki reytinqi 92, 64 səviyyəsində olub.

Qeyd edək ki, “PAŞA Bank” “SAHA”nın 1 iyul 2016-cı il  tarixində yayımladığı “Dünya Korporativ  İdarəetmə İndeksi”nə  əsasən, I qrup içində yer alır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır