PAŞA Bankın yeni nəsil bankomatları istifadəyə verilib

31 may 2017-ci ildə PAŞA Bank yeni nəsil ATM qurğularını müştərilərin istifadəsinə verib. Özündə həm bankomat, həm də avtomatik valyuta mübadilə funksiyalarını birləşdirən qurğular vasitəsilə vətəndaşlarımız və Azərbaycanı ziyarət edən xarici ölkələrin vətəndaşları günün istənilən vaxtı bank kartlarından istifadə edərək vəsaiti nağdlaşdıra biləcək, eləcə də valyuta dəyişmə məntəqələrinə getmədən xarici valyutalarını manata dəyişərək istifadə edə biləcəklər.

Yeni nəsil ATM-lərin digər bir özəlliyi ondan ibarətdir ki, nağdlaşdırma əməliyyatı etmək istəyən digər bank kartı sahiblərinə bankomatın qəbul etdiyi əskinazlar rahat təqdim edilə bilir. Bu tip qurğularda adi bankomatlardan fərqli olaraq vəsaiti qəbul edən və nağdlaşdıran əskinaz bölmələri əlaqəlidir. Həmçinin yeni qurğulardan istifadə nəticəsində sahibkar gün ərzində yığdığı vəsaiti inkassasiya xərclərini minimuma endirərək ATM-ə daxil edə bilir və eyni əskinazlar rahatlıqla digər kart sahibləri tərəfindən nağdlaşdırıla bilir.

Qeyd edək ki, yeni nəsil ATM qurğuları artıq JW MarriotAbsheron, BakuBoulevard Hotel, Bilgah Beach Hotel və FourSeasons mehmanxanalarında istifadəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır