“Paşa Həyat” və “e-pul” ödəniş sistemi əməkdaşlığa başlayıb

Bu gündən etibarən “Paşa Həyat” şirkətinin müştəriləri sığorta haqlarını www.e-pul.az ödəniş portalı vasitəsilə həyata keçirə bilərlər. Bu “Paşa Həyat” və “e-pul” ödəniş sisteminin yeni əməkdaşlığına əsasən baş verəcək.

Şirkətin mətbuat katibi Elnur Huseynquliyevin sözlərinə görə, aparılacaq ödənişlər bütün həyat sığortası məhsulları üzrə keçərlidir.

Qeyd edək ki, müştərilər sadəcə portala daxil olmalı, “Paşa Həyat”ı seçməli və ödənişlərini etməlidirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır