“PAŞA Həyat” yeni tərtibatlı saytını istifadəyə verib

“PAŞA Həyat” rəsmi veb saytını (www.pasha-life.az ) tam yeni dizaynda təqdim edib.

Yeni tərtibatda hazırlanmış sayt müştəriyönümlü olmaqla əvvəlki versiyadan bir çox üstünlükləri ilə fərqlənir.

Belə ki, görülmüş işlər nəticəsində saytın yeni versiyasına bir sıra əlavələr edilib. Saytda hüquqi və fiziki şəxslər üçün şirkətin fərdi və korporativ sığorta məhsulları haqqında məlumatlar, həmçinin müştərilərin dəyərli vaxtını düşünərək onlar üçün elektron xidmət bölməsi, sığorta haqqı məbləğinin onlayn rejimdə ödənilməsi imkanı, fərdi və korporativ sığorta məhsulları haqqında dərhal məlumat əldə etmək məqsədilə xüsusi whatsapp mesaj proqramı da tətbiq edilib.

Bunlarla yanaşı, saytda fərdi və korporativ müştərilər üçün “şəxsi kabinet” bölməsi də yaradılıb. Həmin bölmədə müştərilər öz sığorta müqavilələrinin müddətinə, müqavilə üzrə ödəyəcəyi sığorta haqqı məbləğinin həcminə, eləcə də müqavilə müddətinin sonunda nəzərdə tutulmuş alacağı vəsaitə nəzarət etmək imkanı da əldə edəcək.

“PAŞA Həyat”ın yeni saytı ilə yanaşı, yeni bloqu (blog.pasha.life) da istifadəyə verilib. Bloqda həyat sığortası ilə bağlı maraqlı, maarifləndirici yazılar, bu sahə ilə bağlı videoçarxlar, həyat sığortasının vacibliyini təbliğ edən məqalələr və digər zəruri məlumatlar yerləşdirilib.

Mənbə: azertag.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır