Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortası üzrə elan edilmiş açıq tenderin qalibi bəlli olub.
BBN.az xəbər verir ki, əsas vəsaitlərin və nağd pulun sığortası üzrə “Paşa Sığorta” ASC, nəqliyyat vasitələrinin (CASCO) sığortası üzrə isə “AxaMbask Sığorta” ASC qalib elan edilib. Qalib şirkətlərlə satınalma müqavilələri imzalanıb.