PAŞA Bank-ın Türkiyə törəməsi olan Paşa Yatırım Bankası-nın istiqrazlarının yerləşdirilməsi yekunlaşıb. Belə ki, 40.500.000 TL nominallı , 116 gün tədalvül müddətli istiqrazlarının yerləşdirilməsinə 2016-cı il 4 oktyabr başlanılıb. TRFPASHE1710 ISIN kodlu istiqrazın yerli investorlara satışı gerçəkləşdirilib. İyun ayının 8-də hər birinin ixrac dəyəri 95,769 lirə olan istiqrazların 150 milyonluq ilk ixrac limiti tamamlanıb. İstiqrazların illik gəlirliliyi 13.90 % təşkil edir.
Qeyd edək ki, ödəmə tarixi 02.10.2017-ci ildir.