“Paşa Yatırım Bankası”nın reytinqi təsdiqlənib

“Fitch” Beynəlxalq Reytinq Agentliyi “Pasha Yatırım Bankası A.Ş.”nin milli valyutada uzunmüddətli reytinqini “BBB+”, reytinq üzrə proqnozunu isə “sabit” səviyyəsində təsdiqləyib.

“PAŞA Yatırım Bankası” “Paşa Bank” ASC-nin Türkiyənin “Aksoy Holding”inə məxsus “TAİB Bank”ın səhmlərini alması ilə yaradılıb. Hazırda Azərbaycan tərəfi səhmlərin 99,92%-nə nəzarət edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır