PASHA Bank “Asan İmza” mobil elektron imza xidmətinin operatoru olan B.EST Solutions şirkəti ilə birlikdə B2B- yeni biznes texnologiyaya start verib.
B2B texnologiyası – sahibkarlar arasında köhnə kağız ödəniş tapşırıqları mübadiləsi sisteminə əvəz kimi gələn bank kommersiya əməliyyatlarının yeni səviyyəsidir. Bu texnologiya sayəsində PASHA Bank-ın müştərisi “Asan İmza” mobil elektron imza vasitəsilə ödəniş tapşırıqlarını, standart və təcili ödəmələri, eləcə də vergi və digər büdcə köçürmələrini elektron şəkildə imzalaya və təsdiqləyə bilər. İmzalanan elektron sənədlər avtomatik rejimdə B2B kanalı vasitəsilə banka ötürülür.
İndi bu xidmətdən istifadə edən PASHA Bank-ın istənilən müştərisi B2B kanalı vasitəsilə müəssisənin resurslarının planlaşdırılması sistemini, ERP sistemini bank sistemilə asanlıqla və rahat şəkildə inteqrasiya edə biləcək, eləcə də digər (kağız daşıyıcıları, internet-bankinq, mobil proqramlar və s. kimi) alətlərdən istifadə edərək ödəmələri hesablaya biləcək.