Ölkədə 2018-ci ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il dekabr ayının 1-i vəziyyətinə 879040,1 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
Səpilən sahənin 98,4 %-ni və yaxud 864593,2 hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 584132,1 hektarı buğda, 280383,1 hektarı arpa, 78,0 hektarı isə çovdar əkinlərinin payına düşür.
Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 7,9 %, o cümlədən buğdanın səpin sahəsi 11,5 %, arpanın səpin sahəsi 1,3 % artıb, çovdarın səpin sahəsi 64,6 % azalıb.