Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial sahə ilə bağlı uğurlu islahatlar proqramının mühüm istiqamətlərindən biri pensiya sisteminin inkişaf etdirilməsi, bu sistemin əhatəliliyinin və pensiyaların artırılması, pensiya təminatı sahəsində sosial ədalət prinsipinin gücləndirilməsidir.
BBN. az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu istiqamətdə aparılacaq islahatların, atılacaq addımların növbəti beş illik dövrü üçün yol xəritəsi hazırlanır. Bu məqsədlə müvafiq təkilflərin hazırlanması üçün nazirlikdə işçi qrupu fəaliyyət göstərir və bu işlərə beynəlxalq ekspertlər də cəlb edilib. Dövlət başçısının tapşırığına əsasən aparılan islahatların bir istiqaməti də pensiya sisteminin təşkmilləşdirilməsi işləri çərçivəsində minimum və orta pensiyanın artım tempinin davam etdirilməsinə yönəlib.
Məlumat üçün bildirək ki, ölkədə 1,3 milyon pensiyaçı var. Onlardan 58,3 faizi yaşa görə, 30,1 faizi əlilliyə görə, 11,6 faizi ailə başçısını itirməyə görə pensiya alır. Ötən il əmək pensiyalarının orta aylıq məbləğində 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğində 7,3 faiz artım qeydə alınıb.