Peşəyönümü tədbirlərinə 28 419 nəfər cəlb olunub

Cari ilin yanvar-fevral aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 473 nəfər işsiz və işaxtaran şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub.

Onlardan 443 nəfəri Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə qeyd edilən kurslara cəlb ediliblər. Qalan 30 nəfər şəxs isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə peşə təliminə qəbul edilib.

Gənclərin peşə maraqlarının və peşə meyillərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi üçün peşəyönümü tədbirləri də davam etdirilib. Əsasən orta orta ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin iştirakı ilə təşkil olunan bu tədbirlərdə əmək bazarında işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri, məşğulluq xidmətləri barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib. Son iki ayda peşəyönümü tədbirlərinə cəlb olunan gənclərin sayı 28 419 nəfər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır