“Petkim Holding”in maliyyə göstəriciləri açıqlanıb

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə  məxsus olan “Petkim Holding”in bu ilin I rübünün yekunlarına dair maliyyə göstəriciləri açıqlanıb.

Şirkətin bu ilin I rübündə xalis mənfəəti 365,9 mln. lirə  təşkil edib. Bu isə ötən ilin müvafiq dövründən 2,5 dəfə çoxdur.

Müstəqil auditdən keçməmiş hesabata əsasən, 31 mart 2017-ci il tarixinə “Petkim Holding”in törəmə qurumlarla birlikdə aktivləri 7,292 mlrd. lirə təşkil edib. 31 dekabr 2016-cı ildə bu göstərici 6,269 mlrd. lirə olub.

I rübdəki mənfəət göstəricisi bazar proqnozlarından yüksək olub. Bu ilin I rübündə “Petkim”in mənfəətinin 225 mln. lirə olması proqnozlaşdırılırdı.

Bu ilin yanvar-mart ayları üzrə konsolidə olunmuş maliyyə göstəriciləri “Petkim Holding”in İdarə Heyəti tərəfindən mayın 4-də təsdiqlənib.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır