Dövriyyəyə 500 milyon dollarlıq istiqraz buraxan “Petkim”in istiqrazlarına tələb ixrac dəyərindən 3 dəfə çox olub.
BBN.az xəbər verir ki, şirkətin baş direktoru Məmmədov bildirib ki, səhmlərdən əldə edilən gəlir yaxın vaxtlarda şirkətin açıqladığı “STAR Refinery” ortaqlığını maliyyələşdirəcək.
İrlandiya Fond Birjası planlaşdırılmış səhmlərlə bağlı tələblərin toplanmasını başa çatdırıb. Kupon faiz dərəcəsi illik 5,875% səviyyəsində sabitləşdirilib. Satış qiyməti nominal dəyərin 99,467%-i kimi müəyyən edilib. Faiz ödənişi 26 iyul 2018-ci ildən etibarən hər 6 ayda bir, müvafiq ilin 26 iyul və 26 yanvar tarixində veriləcək.
Qeyd edək ki, “Petkim” yanvarın 26-da 500 milyon dollarlıq istiqraz buraxacaq.