Plastik kartla yığım əmanətçilərinin sayı artır

“DəmirBank” ın təqdim etdiyi “Plastik kartla yığım əmanəti” istifadəçilərinin sayı getdikcə artır. İki həftəlik qısa zaman ərzində daha 200-ə yaxın yeni müştəri “Plastik kartla yığım əmanəti”-ni əldə edib.

Bununla bərabər, əmanətçilər kartda qalan vəsaitdən illik 12%-dək gəlir qazanmaq imkanı qazanır. Əmanət məbləği artdıqca faiz dərəcəsi də yüksəlir. Plastik kart Bank tərəfindən müştəriyə hədiyyə olunur. Əmanət maksimum 1 illik olmaqla, AZN və USD valyutalarında açıla bilər.

Qeyd edək ki, bu  əmanət növündə vəsaitin hətta 1 AZN/USD belə artırılması və istənilən zaman cəriməsiz çıxarılması mümkündür. Vəsaitlər “DəmirBank”a məxsus istənilən ATM və POS terminallar vasitəsilə nağdlaşdırıldıqda heç bir komissiya haqqı tutulmur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır