2016-cı ildə ölkə xaricində Azərbaycan kommersiya bankları tərəfindən verilən plastik kartlardan həyata keçirilən nağdlaşdırma və nağdsız ödəniş əməliyyatlarının həcmi təqribən 580 mln. dollar təşkil edib.
Bu haqda 6 fevral 2017-ci il tarixində “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda edilən dəyişikliklərlə əlaqədar Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nərazət Palatasının və Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların nümayəndələri arasında keçirilən görüşdə səsləndirilib.