13 oktyabr 2018-ci il tarixində “Məsuliyyətli borclanma” mövzusunda keçiriləcək tələbələrarası məqalə müsabiqəsi çərçivəsində praktiki təlim təşkil olunacaq. Təlim 2 mövzunu əhatə edəcək:
- “Hər bir jurnalist bunu bilməlidir”
- “Məsuliyyətli Borclanma”
Təlimin keçiriləcəyi yer: Yapı Kredi Bank Azərbaycan QSC-nin Baş ofisi, Bakı şəhəri Nəsimi rayonu, 628-ci məhəllə, Cəlil Məmmədquluzadə küçəsi 73 G.
Tarix və saat: 13 oktyabr 2018-ci il, saat 10:30
Qeydiyyat: https://goo.gl/forms/CdkWGao5mEFFJ4lg1
Qeydiyyat müddəti 12 oktyabr, saat 12:00-da başa çatır. Yerlər məhduddur.
Xatırladaq ki, Azərbaycan Banklar Assosiasiyasının rəsmi mətbu orqanı olan “Banklar və Biznes” Qəzeti (BBN.az), Yapı Kredi Bank Azərbaycan QSC-nin təşkilati dəstəyi ilə Həsən bəy Zərdabinin anım gününə hərs edilmiş “Məsuliyyətli borclanma” mövzusunda tələbələrarası məqalə müsabiqəsi elan edib.