Prezident İlham Əliyev Saatlı və Xaçmaz rayonunda avtomobil yollarının tikintisi ilə bağlı sərəncam imzalayıb.
BBN.az-ın məlumatına əsasən, Saatlı rayonunda 4 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Saatlı–Dədə Qorqud–Əhmədbəyli, Xaçmaz rayonunda isə 8 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsindən vəsait ayırıb.
Belə ki, Saatlı rayonunda yolun tikintisi üçün 700 min manatı, Xaçmaz rayonunda isə yolun tikintisi üçün 10.1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayırıb.