Prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu İsmayıllı rayonunun Təzəkənd kəndində işgüzar forum keçirib. Sahibkarlardan intensiv bağçılıq, tərəvəzçilik, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının yaradılması və pendir istehsalı müəssisəsinin və otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır