“AccessBank” iş adamlarına dəstək üçün Respublika Gününün 100 illiyi münasibətilə kredit kampaniyasına start verir. Martın 5-dən mayın 31-dək keçirilən kampaniya çərçivəsində AccessBank-dan 50 000 manatadək biznes krediti götürüb və 100 günədək güzəşt müddətindən yararlanmaq mümkündür.
Ödəniş planı üzrə son 100 günədək faiz məbləği də hədiyyə olunacaq. Qeyd edək ki, bu şərtlər martın 19-dan etibarən nağd pul kredit götürən müştərilərə də şamil olunacaq.
Beynəlxalq Qadınlar Günü və Novruz Bayramı münasibətilə Bank tərəfindən martın 5-dən 19-dək 20 000 manatadək nağd pul krediti götürənlər üçün illik 3%-dək endirim təqdim ediləcək.
Bundan başqa, bu tarixlərdə AccessBank hər bir xanıma “myCard Classic” ödəniş kartı pulsuz təqdim edəcək. Paralel olaraq, istənilən müştəri “Visa Electron” və “Matercard Debit” kartlarını pulsuz, “Visa Gold” və “MasterCard Gold” premium kartlarını isə 50% endirim ilə əldə edə biləcək. Kampaniya martın 5-dən 19-dək davam edəcək.