Problemli aktivlər üzrə yığımın optimallaşdırılması məqsədilə kotirovka sorğusu elan edilib

“Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi” MMC problemli aktivlər üzrə yığım əməliyyatlarının optimallaşdırılması məqsədilə “БИТ Управление Задолжностью” proqram təminatının satınalınması üçün kotirovka sorğusu elan edir.

Kotirovka sorğusu iştirakçıları öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə Bakı şəhəri, AZ 1065, C. Cabbarlı  küçəsi, 40 C nömrəli ünvana təqdim etməlidirlər.

Təklif zərfləri  31 avqust 2017-ci il saat 12 .00-a qədər qəbul edilib, saat 18.00-da açılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır