2017-ci ilin avqust ayının sonuna Azərbaycan banklarının problemli kreditlərinin həcmi 1 635.7 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 5.4% azdır.
Bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı göstəricilərdən məlum olur.
Bununla yanaşı problemli kreditlərin ümumi portfeldəki həcmi analoji müqayisədə 0,2 faiz bəndi azalaraq 13.7%-ə geriləyib.
Həmçinin ümumi portfeldə də geriləmə müşahidə edilib. Belə ki, bu ilin avqust ayının sonuna bankların cəmi kreditlərinin həcmi 11 907.20 mln. manat olub ki, bu da iyul ayı ilə müqayisədə 3.9% azdır.
“Banklar və Biznes Qəzeti”nin xəbərlərini izləmək üçün səhifəmizi bəyənin.