Problemli kreditlərin ümumi çəkisi 11,7% təşkil edib

2017-ci ilin may ayı ərzində ödəmə vaxtı keçmiş kreditlərin ümumi həcmi 1.7 milyard manat təşkil edib. Ötən ayla müqayisədə  bu göstərici 0.14 milyard daha çoxdur. Həmçinin problemli kreditlərin həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 0.2 milyard manat və ya 14.9% artıb.

Qeyd edək ki, may ayının sonuna problemli kreditlər ümumi kredit portfelinin 11,7%-ni təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır