“Prodexpo 2018” sərgisində iştirak üçün müraciət müddəti uzadılıb

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bildirib ki, Rusiya Federasiyasının Moskva şəhərində 5-9 fevral 2018-ci il tarixlərində keçiriləcək “PRODEXPO 2018” Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulu 20 noyabr 2017-ci il tarixinədək uzadılır.

Vahid ölkə stendində iştirak edəcək ixracatçı şirkətlərin maksimum sayı 35 olmalıdır. İştirakçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı  İqtisadiyyat Nazirliyi – Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).

Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli Qərarıilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 1 dekabr 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Qeyd edək ki, müsabiqənin seçim meyarları haqqında ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır