Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bildirir ki, Rusiya Federasiyasının Moskva şəhərində 5-9 fevral 2018-ci il tarixlərində keçiriləcək “PRODEXPO 2018” Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulu 8 dekabr 2017-ci il tarixinədək uzadılır.
Vahid ölkə stendində maksimum 35 şirkət iştirak edə bilər.
İştirakçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi – Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).
Qeyd edək ki, sərgidə iştirak haqqında ətraflı məlumat keçiddə yerləşdirilib.